Qadının adına saxta profil açaraq hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Polis sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın “İnstagram” sosial şəbəkəsində naməlum şəxsin onun adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib. Polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırma aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma davam etdirilir.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












