Qadının intim yerlərinə toxunan kişi Trampdan sitat gətirib - FOTO

Qəsdən qadının intim yerlərinə toxunan kişi saxlanılarkən prezidentdən sitat gətirib. Avtosfer.az milli.az-a istinadla xəbər verir ki, 49 yaşlı kişi saxlanılarkən polislərə Trampın sözünü xatırladıb. Hyuston şəhərindən havalanan "Southwest Airlines" şirkətinə məxsus təyyarədə kişi qadın sərnişinə qarşı əxlaqsızlıq edib. Bruce Michael Alexander adlı 49 yaşlı kişi qarşısında əyləşən qadının sinəsinə toxunub. Qanuni səbəblərə görə adı açıqlanmayan qadın məhkəmədə bildirib ki, kişinin əli ilk dəfə dəyəndə olayın təsadüfən baş verdiyini düşünüb. Lakin hərəkət təkrarlananda o, stüardessaları çağırıb və yerinin dəyişdirilməsini xahiş edib. Təyyarə Albukerkeyə enəndə Maykl Aleksandr hava limanında saxlanılıb. O, polislərə "Tramp deyib ki, qadınların intim yerlərinə toxunmaq olar" söyləyib. Qeyd edək ki, Donald Tramp prezident seçilməzdən əvvəl, 2005-ci ildə aparıcı Billy Bush ilə söhbəti zamanı qadınlar barədə xoşagəlməz ifadələr işlədib. O, illər sonra açıqlama verərək hər insanın səhvlər edə biləcəyini söyləyib.

Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












