Qadının maaş kartı qonşusu tərəfindən oğurlanıb - Sabirabadda

Gündəm 6 İyul 2018 11:17
Qadının maaş kartı qonşusu tərəfindən oğurlanıb - Sabirabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
X.Əhədova kodu üzərində olduğundan həmin məbləği çıxararaq xərclədiyini etiraf edib

Ötən gün Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qonşu qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

X.Əhədova qonşusunun evindən kartı oğurladıqdan sonra kodu üzərində olduğundan həmin məbləği çıxararaq xərclədiyini etiraf edib.

Oxunub : 926
ŞƏRH YAZ
Ad

E-mail

Şərh