Qadının pulunu alaraq qaçan şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Məhərrəm Məhərrəmzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, M.Məhərrəmzadənin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Səfərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, bu il oktyabr ayında Bakının Şıxəli Qurbanov küçəsi 1 ünvanındakı yeraltı piyada keçidində naməlum şəxs 1979-cu il təvəllüdlü Samirə Abasovaya hücum edib.
Belə ki, qadın keçiddəki ödəmə aparatı vasitəsi ilə ödəniş etmək istəyərkən gənc oğlan ona hücum edərək əlindəki 262 manat pulu alaraq qaçıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 26 yaşlı M.Məhərrəmzadə saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə ittiham irəli sürülüb.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












