Qadının qətlindən xəbəri olan şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilməsi xəbərini bilib, polisə məlumat verməyən Famil Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Süleyman Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekbarın 18-nə təyin edilib. Qeyd edək ki, bir müddət əvvəl Bakıda Qazaxıstan vətəndaşı olan qadın, 1985-ci il təvəllüdlü Atsubayeva Ayqul Almaz qızı qətlə yetirilərək meyiti qamışlıq sahəyə atılıb. Məlumata görə, hadisəni Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu törədib. Belə ki, 3 uşaq atası olan Y.Yusifov qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra 29 yaşlı Y.Yusifov taksi ilə A.Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq orada qalacaqlarını deyib, lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı A.Atsubayevanı boğaraq öldürüb. Qətli törədən Y.Yusifov daha sonra qaynı F.Osmanovun evinə gedib və belə bir cinayət törətdiyini deyib. F.Osmanovun dediyinə görə, yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə məlumat verməyib. A.Atsubayevanın meyiti ekspertizadan keçirilib və ailəsinə təhvil verilib. Qazaxıstan vətəndaşı ilə bağlı son məlumat Bakıda aeroportda əldə edildiyindən Y.Yusifov Binə qəsəbəsindəki Hava Nəqliyyatında Polis İdarəsinə çağırılıb və burada cinayətinin üstü açılınca özünü pəncərədən atıb. Y.Yusifovun özünü öldürməsi hadisəsi ilə bağlı isə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Sabunçu rayon Prokurorluğunda 1984-cü il təvəllüdlü F.Osmanov barəsində isə Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham irəli sürülüb.
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO










