Qadınların çantlarından pul və qızıl oğurlayan şəxslər saxlanılıblar

Bakıda qadınların çantalarından pul oğurlayan şəxslər saxlanılıblar. Avtosfer.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. Belə ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakini olan iki qadının çantalarından ümumilikdə 56 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Məmmədov saxlanılıb. Digər fakt isə Bakının Nəsimi rayonunda qeydə alınıb. Oğurluq etdiyinə görə tutulmuş Səbuhi Mirzəyevin ətrafında Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iki qadının çantasından ümumilikdə 524 manat pul, qızıl üzük və sənəd, habelə rayon ərazisindəki bir sexdən 20 manat pul, noutbuk, mis naqil oğurlaması da müəyyən edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












