Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO

Gürcüstanın Tuşeti bölgəsinə aparan Pşaveli–Abano–Omalo avtomobil yolunda genişmiqyaslı yenidənqurma və tikinti işləri davam etdirilir. Layihənin əsas məqsədi yolun təhlükəsizliyini artırmaq, nəqliyyatın hərəkətini asanlaşdırmaq və bölgənin əlçatanlığını yaxşılaşdırmaqdır.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev məlumat verib.

Layihə çərçivəsində avtomobil yolunun 8 hissəsində tikinti və yenidənqurma işləri aparılır. Bu hissələrdən 1-ci, 3-cü, 7-ci və 8-ci lotların 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Ekspert bildirib ki, 13,38 kilometrlik 1-ci lot üzrə işləri "Arali" MMC həyata keçirir və müqavilənin dəyəri 26,4 milyon lari təşkil edir. Uzunluğu 9,4 kilometr olan 3-cü lot "Shara-Gzamsheni Pirveli" MMC tərəfindən icra edilir və layihənin dəyəri 12,6 milyon laridir. Hər biri "Tessen Construction" MMC-yə həvalə olunan 7-ci və 8-ci lotların uzunluğu müvafiq olaraq 8,8 və 11,4 kilometrdir. Bu hissələr üzrə müqavilələrin dəyəri isə 7,07 milyon və 7,9 milyon lari təşkil edir.
Rauf Ağamirzəyev qeyd edib ki, Pşaveli–Abano–Omalo avtomobil yolu Telavi bələdiyyəsinin Pşaveli kəndindən başlayaraq Abano aşırımı vasitəsilə Omalo kəndinə qədər uzanır və Tuşeti bölgəsini ölkənin digər hissələri ilə birləşdirən yeganə avtomobil yoludur.
.jpg)
Dəniz səviyyəsindən təxminən 2950 metr yüksəklikdə yerləşən Abano aşırımı Qafqazın ən yüksək avtomobil aşırımlarından biri hesab olunur. Yol kəskin döngələri, dik yamacları və mürəkkəb relyefi ilə seçilir. Sərt hava şəraiti və qar səbəbindən bu magistral il ərzində cəmi 4–5 ay nəqliyyatın istifadəsinə açıq olur.
Ekspert vurğulayıb ki, həyata keçirilən yenidənqurma işləri yol hərəkətinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq, nəqliyyatın fasiləsizliyini təmin edəcək və Gürcüstanın ən ucqar dağlıq bölgələrindən biri olan Tuşetinin turizm potensialının, eləcə də sosial-iqtisadi inkişafının sürətlənməsinə mühüm töhfə verəcək.

Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












