Qana boyanmış müştəri taksi sürücüsünü şoka salıb

Bakıda sonuncu istirahət günü maraqlı və bir qədər də qəribə hadisə baş verib. Taksi sürücüsü qan içində olan sərnişinlə bağlı polisə müraciət etməli olub. Avtosfer.az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən sputnik.az-a verilən məlumata görə, noyabrın 4-də RPİ-nin 34-cü polis bölməsinə 1988-ci il təvəllüdlü Əhmədov Pərviz Vidadi oğlu müraciət edib. Kişi bildirib ki, “Ravon” markalı avtomobili ilə özəl taksi xidməti göstərir. Onun sözlərinə görə, həmin gün gecə saat 02:05 radələrində Babək prospektində onun maşınına qəribə sərnişin - gənc kişi oturub. Onun bütün paltarları qan içində olub. Sərnişin taksi sürücüsündən xahiş edib ki, onu Məhəmməd Hadi küçəsi, 7 ünvanına aparsın. Taksi sürücüsü o qədər qorxub ki, hətta sərnişinə özünü necə hiss etdiyi barədə sual belə verməyə çəkinib. Qəribə sərnişin Məhəmməd Hadi küçəsində taksidən enib, taksi sürücüsü isə bu qəribə sərnişinlə bağlı polisə xəbər verməyə tələsib. Hazırda 34-cü polis bölməsinin əməkdaşları həmin şübhəli sərnişinin şəxsiyyətini müəyyən etməyə çalışırlar. Polisdən bildirilib ki, bu şənbə və bazar günləri paytaxtda bir dənə də olsun qətl və qətl törətməyə cəhd qeydə alınmayıb. Heç qəsdən sağlamlığa ağır zərər vurma halına da təsadüf edilməyib. Mümkündür ki, paytaxtda qətl törədilib, amma hələlik bu barədə heç kəsə heç nə məlum deyil.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












