Banner

Qanunsuz yol nişanları dəyişdirildi: Nazirlik işə qarışdı

Gündəm 25 Avqust 2018 01:22 Oxunub 3636
Qanunsuz yol nişanları dəyişdirildi: Nazirlik işə qarışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BŞİH-in hazırladığı nişanlar qanunda mövcud deyildi

Xəbər verdiyimi kimi, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) süpürgəçilərin təhlükəsizliyi ilə bağlı tətbiq edəcəkləri nişanlar Yol hərəkətləri haqqında qanunda öz əksini tapmır. Qanunsuz nişanlarla əlaqədar Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) Bizimyol.info-ya verilən məlumata görə, məsələ ilə bağlı BŞİH ilə danışıqlar aparılıb və həmin nişanların qanunda öz əksini tapan nişanlarla əvəzlənməsi razılığına gəlinib: “Bu məsələyə Daxili İşlərə Nazirliyi (DİN) səviyyəsində reaksiya verilib. Bununla bağlı idarəmiz tərəfindən də BŞİH ilə danışıqlar aparılıb və nişanların ancaq 1.30 nömrəli “Digər təhlükələr”, yaxud da 1.23 nömrəli “Yol işləri” formasında ola biləcəyi qeyd olunub. Onlar da həmin nişanları dəyişərək Yol Hərəkətləri haqqında qanunda əks olunan digər təhlükə nişanları ilə əvəz edilməsi ilə razılaşıblar. Həmin nişanların hamısı dəyişiləcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh