Qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarlarını söküb

Vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yaradılan xüsusi Komissiya tərəfindən Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki "Zeytunluq" adlanan ərazidə, Heydər Məscidinin yaxınlığında araşdırmalar aparılıb və yaşıllıq ərazisində bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsi, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bununla əlaqədar BŞİH və Binəqədi Rayon İcra Hakimiyyəti birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində ümumilikdə 3 hektar sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanılıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq. BŞİH bildirir ki, paytaxtın rayonlarında aparılan abadlıq-quruculuq işləri, zəbt olunan torpaq sahələrinin və yaşıllıqların hasarlarının sökülərək ərazinin təmizlənməsi, vətəndaşları narahat edən amillərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












