Qara dənizdə "ALTURA" neft tankerinə edilən dron hücumu araşdırılır - Türkiyə XİN

Rəsmi Ankara Qara dənizdə "ALTURA" neft tankerinə edilən dron hücumundan narahatlıq duyur.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli "X" sosial media hesabında paylaşım edib.
"Hücumla bağlı müvafiq qurumlarımız tərəfindən zəruri araşdırma və texniki müdaxilələr həyata keçirilir. Gəmidəki 27 nəfər türk heyət üzvünün səhhətinin yaxşı olduğu öyrənilib", - XİN sözçüsü vurğulayıb.
O qeyd edib ki, Türkiyənin Qara dənizdəki xüsusi iqtisadi zonasında baş verən və beynəlxalq hüquqa zidd olan bu və bənzər hücumlar regionda can, mal, naviqasiya və ekoloji təhlükəsizlik baxımından ciddi risklər yaradır:
"Müharibənin Qara dəniz hövzəsinə yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə müvafiq tərəflərlə təmaslarımızı davam etdiririk".
Sözçü bildirib ki, Türkiyə regiondakı iqtisadi maraqlarını və fəaliyyətini qorumaq məqsədilə beynəlxalq hüquq çərçivəsində zəruri tədbirlər görmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, bu gün Qara dənizdə türkiyəli ekipaj üzvlərinin olduğu "ALTURA" neft tankeri pilotsuz kater hücumuna məruz qalıb.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












