"Qarabağ" - "Arsenal" oyunu üçün ictimai dayanacaq təşkil olunacaq - SXEM

“Qarabağ”ın UEFA Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələnlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər. Avtosfer.az xəbər verir ki, arenanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, nəzərdə tutulan yerlər dolduqdan sonra digər avtomobillərin girişinə icazə verilməyəcək. Böyükşor bulvarı boyunca “Dayanma və Durma” nişanının təsiri olan ərazilərdə avtomobil saxlamaq qəti qadağandır. Oyuna gələrkən şəxsiyyət vəsiqəsi tələb olunmur, yalnız bilet lazımdır. Biletləri iTicket.az saytından və kassalarından əldə etmək mümkündür. Onlayn alınan biletlər “iTicket”in kassalarında real biletə dəyişdirilməlidir. Stadiona kənar qida və suların keçirilməsi təhlükəsizlik məsələləri ilə bağlı qadağandır. Stadionun qapıları oyun günü başlama vaxtından 3 saat öncə - 17:55-də açılacaq. Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı saat 20:55-də start götürəcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA













