"Qarabağ" səfərdə "Vorskla"nı məğlub etdi

"Qarabağ" səfərdə "Vorskla"nı məğlub edib.
***01:23
Ukraynada "Vorskla" və "Qarabağ" arasında keçirilən Avropa Liqasının IV tur matçında məcburi fasilə yaranıb. "Report"un oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, buna ikinci hissənin əvvəllərində meydan sahiblərinin fanatlarının yandırıcı maddələrdən yararlanmaları səbəb olub. Yandırıcı əşyaların da meydana düşməsi nəticəsində isveçrəli referi oyunu dayandırıb. Görüş bir neçə dəqiqədən sonra davam etdirilib. 65-ci dəqiqədə isə "Qarabağ" azarkeşlərinin olduğu sektorda partlayış səsləri eşidilib. Meydana yandırıcı maddələrin düşməsi nəticəsində referi matçı yenidən dayandırıb. Bu dəfə o, komandaları meydandan çıxardaraq, paltardəyişmə otağına göndərib.
Hazırda "Qarabağ" 1:0 hesabı ilə öndədir.
***00:14
Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Ukraynanın "Vorskla" klubu ilə qarşılaşan Ağdamın "Qarabağ" komandası görüşdə hesabı açıb. Qolu 13-cü dəqiqədə rəqib qapıçının Maksim Medvedevə qarşı kobudluğundan sonra hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən Araz Abdullayev vurub. Bu, "Qarabağ"ın cari mövsümdə Avropa Liqasında vurduğu ilk qol olub.
***00:00
Ağdamın "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda səfərdə Ukrayna "Vorskla”sı ilə qarşılaşır.
***08 08
Bu gün "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda səfərdə Ukrayna "Vorskla”sı ilə qarşılaşacaq. "Qarabağ”ın albaniyalı legioneri Ansi Aqolli zədə səbəbindən bu qarşılaşmada iştirak etməyəcək. Cari mövsümdə E qrupunda yer alan Ağdam təmsilçisi hər üç oyunda məğlub olub. "Köhlən atlar” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:3, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzub.
Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə isə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olub. Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsa, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaq.
"Vorskla” Ukrayna çempionatının sonuncu turunda səfərdə "Lvov”u 2:0 hesabı ilə məğlub edib. "Qarabağ” isə "Sumqayıt”ı eyni hesabla üstələyib.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
E qrupu
00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan)
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Bekim Zoqay, Ştefan De Almeyda
Dördüncü hakim: Raffael Tseder
Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (hamısı İsveçrə)
Hakim-inspektor Edqar Ştaynborn (Almaniya)
UEFA nümayəndəsi: Klaus Kristensen (Danimarka)
Aleksey Butovski adına stadion
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












