"Qarabağda ictimai nəqliyyat sisteminin yaradılması planlaşdırılır" - Fuad Cəfərli

Qarabağ iqtisadi rayonunun 4 şəhərində ictimai nəqliyyat sisteminin yaradılması planlaşdırılır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin nəqliyyat planlanması departamentinin rəhbəri Fuad Cəfərli III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
O qeyd edib ki, yerli avtobus istehsalının qurulması vacib amildir:
"Çünki Bakıda təxminən 2 800-3 000 nəqliyyat vasitəsi olmalıdır. Hər il biz şəhər üçün yüzlərlə avtobus alırıq. Bu, yeni marşrutların açılması, köhnəlmiş istiqamətlərin əvəz edilməsi və ayrı-ayrı iş proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulub. Məhz buna investisiya yönəltmək lazımdır. Buraya layihənin özü, avtobusların alınması və avtobus parkının yenilənməsi daxildir. Biz həmçinin inkişafın digər istiqamətləri üzərində də fəal işləyirik".
F.Cəfərli xatırladıb ki, iki il əvvəl azad edilmiş ərazilər üzrə nəqliyyat planının hazırlanması üçün Xankəndidə olub:
"Avtobus parkının yenilənməsi ilə yanaşı, azad edilmiş ərazilərdə ictimai nəqliyyat sisteminin yaradılması üçün plan hazırlanıb. Proqramın 2025-2026-cı illər üçün birinci mərhələsi demək olar ki, tamamlanıb. Regionda ictimai nəqliyyat sistemi yaratmağı planlaşdırırıq. Prezidentin son fərmanı bizə yeni avtobuslar almağa və regionlarda ictimai nəqliyyat sistemlərini subsidiyalaşdırmağa imkan verəcək. Proqrama daxil olan 8 şəhərdən 4-ü Qarabağdadır".
Onun sözlərinə görə, gələn ilin əvvəlində region üçün 14 yeni avtobus istehsal olunacaq, həmçinin yerli modellər də alınacaq:
"Yeni avtobus depoları tikilir. Laçında nəqliyyatın əlçatanlığı səviyyəsi hələ də aşağı olaraq qalır. Bununla əlaqədar olaraq, həm turistik məqsədlər, həm də sərnişin daşımaları üçün istifadə ediləcək kanat yolunun tikintisi layihəsi hazırlanır".
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












