Qarabağda yeni tikilən evdə yanan materialdan istifadə edilib, vətəndaş narazıdır - VİDEO

Ağdam rayonunun Kəngərli kəndinə yeni köç edən vətəndaşın həyətində yanğın hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, ilkin məlumata görə, vətəndaşın övladı evin divarına yaxın hissəsində manqal yandırıb. Nəticədə yaranan yüksək istilik binanın fasadına zərər vurub və üzlük hissə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Baş verən hadisə işğaldan azad olunmuş ərazilərdə inşa edilən yeni evlərin tikintisində istifadə olunan materialların yanğına davamlılığı məsələsini yenidən gündəmə gətirib.
Bəs yeni tikilən bəzi evlərdə yanğına dözümsüz materiallardan istifadə olunurmu?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri və tikinti eksperti Vüqar Oruc Avtosfer.az-a açıqlamasında bildirib ki, istifadə olunan materialın adı XPS-dir:

“Türkiyədə buna “fombord” deyirlər. Bu, bir lövhə materialıdır. Həmin lövhənin iki tərəfi kartondan hazırlanır, ortasında isə xüsusi material yerləşir. Məqsəd istilik izolyasiyasını təmin etmək olub. Yəni, hər hansı ucuz materialdan istifadə etmək niyyəti daşımayıb, sadəcə izolyasiya məqsədilə bu materialdan istifadə edilib.
Lakin məhz bu materialdan istifadə etmək təhlükəlidir. Artıq Avropada bu materialdan istifadə məqsədəuyğun hesab edilmir. Türkiyədə isə bu materialdan əsasən reklam xarakterli panoların istehsalı zamanı istifadə olunur. Ev tikintisində, inşaat sahəsində keyfiyyət baxımından uyğun hesab edilmir.
“Fombord” poliuretan tərkibli köpükdür. Yəni, iki karton təbəqənin arasına doldurulmuş köpük binanı istidən və soyuqdan izolyasiya etmək üçün istifadə olunur. Amma bu material yanğına davamlı deyil və qeyd edildiyi kimi, Avropa ölkələrində istifadəsi qadağandır”.
Ekspert əlavə edib ki, bu materialın kim tərəfindən, necə təhvil alındığı və necə istifadə edildiyi artıq ayrıca məsələdir:
“Lakin keyfiyyət baxımından həm Türkiyə bazarı, həm də Avropa bu materialdan açıq şəkildə imtina edir. Düşünürəm ki, evlərdə enerji sərfiyyatını azaltmaq, daha az elektrik və qazdan istifadə etmək məqsədilə bu cür materiallardan istifadə edilməsi sonda daha böyük faciələrə gətirib çıxara bilər. Videoda da bunun bariz nümunəsi görünür.
Tez yanan və asan alışan materiallar olduğu üçün, mövcud şəraitdə, xüsusilə yeni tikilən evlərin daxilində bu cür materiallardan istifadə məqsədəuyğun deyil”.
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












