Qaradağ postunun əməkdaşları daha bir avtomibildən ət aşkarladı – 90 kq

Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbirlər DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilib və nəticədə mənşəyi məlum olmayan xeyli miqdarda ət məhsulları aşkar edilərək götürülüb. Sentyabrın 26-da saat 8 radələrində BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda Biləsuvar rayon sakini Əli Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 300 kiloqram ət aşkar edilərək götürülüb. Elə həmin gün saat 11 radələrində YPXA-nın 6-cı tağımının əməkdaşları tərəfindən Bakı-Qazax yolunun 14-cü kilometrliyində Lənkəran rayon sakini Elnur Miriyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil də nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 40 kiloqram toyuq və 50 kiloqram mal əti aşkar ediblər. YPX əməkdaşları tərəfindən bu barədə aidiyyəti qurumlara dərhal məlumat verilib.
Götürülmüş ət məhsulları yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.
Emin
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










