Qardaşı arvadının üzərinə benzin tökərək yandıran şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında İ.Əsgərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova arasında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb. X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Gürcüstana çox sayda qanunsuz mobil telefon və aksesuar keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
Tbilisi beynəlxalq hava limanında Gürcüstana mobil telefonlar və onun aksesuarlarını qanunsuz yolla keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb. “Report”un yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Ad-soyadı açıqlanmayan Azərbaycan vətəndaşının əl yükündə 19 ədəd mobil telefon, 15 ədəd mobil telefon qulaqcıqları, 11 ədəd USB kabel, 11 ədəd xarici akkumulyator (power bank), 2 ədəd "iPhone4" saatı və 6 ədəd ətir aşkar olunub. Malların ümumi dəyəri 61 674.73 lari (23 127 dollar) təşkil edib. Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












