Qaşıqçı cinayətindən sonra ilk - Şahzadə qardaşı oğlunu həbsdən azad etdirdi

Ötən il Səudiyyə Ərəbistanında aparılan korrupsiya araşdırmaları nəticəsində həbs edilən şahzadələrdən birinin sərbəst buraxıldığı iddia olunur. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” gündəlik qəzeti etibarlı mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, bir çox şahzadə, nazir və iş adamının həbs olunduğu əməliyyatdan sonra ilk dəfə azadlığa çıxan şəxs şahzadə Salman bin Əbdüləzizin qardaşı oğlu şahzadə Xalid bin Təlaldır. Qeyd olunur ki, bu, oktyabrın 2-də İstanbulda konsulluqda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra Sudiyyə Ərəbistanınna qarşı səsləndiirlən tənqidlər və təzyiqlərin azaldılması üçün atılmış addımdır. “Səudiyyə Ərəbistanı hökuməti artıq dəyişmək istədiyini və bu məsələdə ciddi addmılar atdığını göstərmək istəyir. Şahzadə Xalidin sərbəst buraxılması çox simvolikdir. Belə ki, o, şahzadə Məhəmməd bin Salmana qarşı çıxdığına görə həbs olunmuşdu”, - deyə mənbə bildirib. Mənbə həmçinin vurğulayıb ki, yaxın zamanlarda şahzadə Turki bin Abdullah, şahzadə Əbdüləziz bin Fəhd və milyarder iş adamı Məhəmməd Hüseyn əl Amoudun da həbsdən çıxacağı gözlənilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












