Qaşıqçının ölümü ilə bağlı dünyanı şoka salan xəbər açıqlandı

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının cəsədinin aqibəti bəlli olub. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun məlumatına görə, jurnalistin cəsədi turşuda əridilib və kanalizasiyaya tökülüb. İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Səudiyyə Ərəbistanı səlahiyyətlilərinin icazəsindən sonra oktyabrın 15-də ölkənin İstanbuldakı baş konsulluğunda, oktyabrın 18-də isə baş konsulun iqamətgahında axtarış aparılmışdı. Bu axtarışlardan əvvəl İstanbul Su və Kanalizasiya İdarəsinin nəzarəti ilə kriminal polis qrupu baş konsulluq və iqamətgahın kanalizasiya xəttindən nümunələr götürmüşdü. İqamətgahın kanalizasiyasından götürülən nümunələr üzərində aparılan tibbi araşdırma zamanı qan nümunələri tapılmasa da, ev şəraitində istifadə edilməyən hidroflik turşu qalığına rast gəlinib. İstintaqın məlumatına görə, Qaşıqçının cəsədini xüsusi kimyəvi məhlullarla əridərək, kanalizasiyaya töküblər və cəsədi tamamilə yox ediblər. Oktyabrın 2-də Camal Qaşıqçının konsulluqda öldürülməsi ilə bağlı istintaq çərçivəsində qara şüşəli "Mersedes Vito" markalı bir avtobusun Baş konsulluq binasından çıxıb, yaxınlıqdakı Başkonsulluq iqamətgahına daxil olduğu müəyyən edilib. Qaşıqçının cəsədinin avtobusla konsulluqdan iqamətgaha daşındığı şübhəsi ilə orada da axtarış aparılmışdı. İstanbul Baş Prokurorluğundan 31 oktyabrda verilən yazılı açıqlamada isə "Camal Qaşıqçının boğularaq öldürüldükdən sonra cəsədi parçalanaraq yox edilib" açıqlaması verilmişdi.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA











