Qasırğa səbəbindən 300-dən çox aviareys ləğv olunub

Yaponiyada “Simaron” qasırğası səbəbindən 300-dən çox aviareys ləğv olunub. Avtosfer.az Azərtac–a istinadən xəbər verir ki, həmçinin təbii fəlakətlə əlaqədar hökumət Osaka və Xirosima şəhərləri arasında “Sinkansen” sürət qatarlarının hərəkətini də dayandırmaq məcburiyyətində qalıb. Qasırğanın gətirdiyi leysan yağışları nəticəsində küçələri su basıb, güclü külək damları uçurub. İlkin məlumata görə, 13 nəfər xəsarət alıb. Meteoroloqlar Yaponiyanın qərb hissəsini təsiri altına alan “Simaron” tufanının zəifləyərək ciddi tropik qasırğa səviyyəsinə qədər azaldığını bildiriblər. Hazırda Yaponiya dənizi üzərində olan qasırğa saatda 45 kilometr sürətlə şimala doğru irəliləyir. Onun qərb rayonlarına güclü yağış və külək gətirəcəyi gözlənilir. Hökumət sürüşmə və daşqın təhlükəsinə görə əhaliyə təxliyə olunmağı tövsiyə edib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












