Qatarla avtobus toqquşması zamanı xəsarət alanlardan daha biri öldü

Oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 1 nəfəri dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilib ki, hadisə nəticəsində xəsarət alan Əzimov Məmməd Sabir oğlunun müalicəsi nəticə verməyib və o dünyasını dəyişib: "Xəstə qapalı-kəllə beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya gətirilərək əməliyyat olunmuşdu. Əməliyyat zamanı xəstənin dalağı da çıxarılmışdı və həmin vaxtdan reanimasiya şöbəsində saxlanılırdı. Bir neçə gün öncə xəstənin vəziyyəti pisləşdiyi üçün o "City Hospital"a köçürülsə də, həyatını xilas etmək mümkün olmayıb. Məmməd Əzimov orada dünyasını dəyişib".
Qeyd edək ki, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişmiş, 40 nəfər isə xəstəxanalara yerləşdirilmişdi. Xəsarət alanlardan 5-i azyaşlıdır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












