Qatarla toqquşan avtobusun sahibi Ziya Məmmədovun YAXINI İMİŞ

Xəbər verdiyimiz kimi, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Avtosfer.az xəbər verir ki, unikal.org 160 saylı avtobus xəttinin hansı daşıyıcı şirkətə məxsus olmasını araşdırıb. Bakı Nəqliyyat Agentliyindən unikal.org-a verilən məlumata görə, 160 saylı avtobus "Ayşən LTD" MMC-yə məxsusdur. 160 saylı avtobus sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi tanınan "Ayşən LTD" MMC-nin direktoru İradə Əliyevadır. Ayşən LTD" MMC-yə məxsus digər avtobus xətləri də mövcuddur. Mətbuatda dəfələrlə bu şirkətə məxsus avtobus sürücülərinin kobud şəkildə qayda pozmaları ilə bağlı məlumatlar qeyd olunsa da, nədənsə, bu günə kimi heç bir tədbir görülməyib. Təkcə ötən il ərzində bu şirkətə məxsus bir neçə avtobus qəza törədib. Misal üçün, 17.07.2016-cı il tarixində "Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətt üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtobus və "Shacman” markalı yük maşınının iştirakı ilə ağır yol nəqliyyat hadisəsi olub. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Qeyd edək ki, Bakıda fəaliyyət göstərən 7 marşrut xətti məhz "Ayşən LTD" MMC-yə məxsusdur.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










