“Qatvik” aeroportunun fəaliyyəti bərpa edilib

Böyük Britaniyanın Qatvik aeroportunun fəaliyyəti bərpa edilib – dekabrın 20-də Şanxaydan gələn ilk təyyarə hava limanına enib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Qatvik aeroportunun qalxma-enmə zolağı məhdud sayda təyyarə üçün açıq elan olunub. Aeroport rəhbərliyi, eyni zamanda, sərnişinlərə hava limanına gəlməzdən əvvəl reyslərinin statusunu yoxlamağı tövsiyə edib.
Qeyd edək ki, Qatvik aeroportu dekabrın 19-da qalxma-enmə zolağı üzərində 2 pilotsuz uçuş aparatının görünməsindən sonra fəaliyyətini dayandırmış, hava limanına yaxınlaşan təyyarələr isə Kardif, Liverpul, Mançester, həmçinin Londonun Stansted və Luton aeroportlarına yönəldilmişdi. Hazırda dronları idarə edən şəxslər axtarılır.
Londonun 46 kilometr cənubunda yerləşən Qatvik aeroportu il ərzində 45 milyondan çox sərnişinə xidmət edir. O, ötən ilədək dünyanın ən çox yüklənmiş hava limanı sayılırdı. Sonradan Mumbay şəhərindəki Çatrapati Şivaci adına aeroport bu göstəriciyə görə onu üstələyib.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










