Qaxda evlərdən oğurluq edən şəxslər saxlanılıb - FOTO

Qax rayonunda oğurluqla məşğul olan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, noyabrın 2-də Qax rayon Polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Rəcəb Nəzirov evindən 3000 manat pul, tir tapançası, qızıl-zinət və digər məişət əşyalarının oğurlanması barədə müraciət edib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayon sakinləri - əvvəllər məhkum olunmuş, Səbuhi Məmmədov və İmeda Qamxaraşvili olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. İ.Qamxaraşvilinin ətrafında aparılan araşdırmalarla onun digər cinayət əməlində də iştirakının olduğu öz təsdiqini tapıb. Belə ki, Qax rayon sakini Temur Lomaşvilinin evindən bir ədəd tir tüfəngini də oğurladığı müəyyən edilib. Oğurladıqları əşyaların bir qismi yaşadıqları evlərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO
Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI
Taksi dayanacağını “parkinq”ə çevirən sürücülər narazılıq yaratdı - VİDEO
WUF13 tədbirlərinin keçirilməsində məqsəd nədir? – RƏSMİ AÇIQLAMA - FOTO
Afrika qitəsi son illərdəki iqlim dəyişikliklərinə daha çox məruz qalır – XARİCİ TURİST - FOTO
Dizel və benzin yanacağı ilə bağlı MƏLUMAT VERİLDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu











