Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? - Yol Polisindən AÇIQLAMA

“Bütün nəqliyyat vasitələri kimi, marşrut avtobusları da qayda pozuntusuna yol verdikdə saxlanılır, sürücü inzibati məsuliyyətə cəlb olunur”. Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev modern.az-ın sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, bəzi hallarda avtobus sürücüləri üçün elektron qərar tərtib olunur: “Növündən asılı olmayaraq, ictimai nəqliyyat vasitələri üçün də müəyyən olunmuş qaydalar tətbiq edilir. Bu, taksi, marşrut avtobusu, regionlara hərəkət edən və beynəlxalq sərnişindaşıma avtobusları da ola bilər. Əgər qayda pozuntusu qeydə alınan yerdə yol polisi əməkdaşı varsa, sürücünü saxlayıb, inzibati məsuliyyətə cəlb edir. Sözügedən məsələdə marşrut avtobuslarına da güzəşt yoxdur”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












