Qayınanası və arvadını öldürən şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda qayınanasını və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq. Qeyd edək ki, dəhşətli qətl hadisəsi Bakının Xətai rayonunda baş verib. R.İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anası Ətir Şirinovanı qətlə yetirib. Hadisədən sonra qaçan R.İsgəndərov Ağdama - öz ata-anasının yanına gedib, polisə də orada təslim olub. Məlumata görə, G.İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu da var. G.İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən R.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












