Qayınatasını öldürən şəxsin qardaşı və anası məhkəmədə dindirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən S.Şabanovun qardaşı Sahib Şabanov ifadə verib O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Məhkəmədə onun istintaqadakı ifadəsi elan edilib. Sahib Şabanov həmin ifadəsində söyləyib ki, qardaşı uzun müddət Moskvada işləyib, Bakıya qayıtdıqdan sonra qohumu Zülfiyyə Şabanova ilə ailə həyatı qurub. Sahib Şabanov bildirib ki, qardaşı Qazaxıstana işləməyə getmək istəyən zaman onun ailəsində söz-söhbətlər yaranıb: "Samirin həyat yoldaşı 6 aylıq hamilə idi. Onun bu vəziyyətdə Qazaxıstana getmək istəməsi ailədə narazılıq yaratdı. Amma qardaşım getdi. Bir neçə ay sonra Samir geri qayıdanda artıq onun övladı dünyaya gəlmişdi. Samir gedəndən sonra isə yoldaşı atasının evinə köçmüşdü. Samir övladını və xanımını görmək üçün ora getdi. Lakin görüşmələrinə icazə vermədilər. Sonra Zülfiyyə boşandı". O qeyd edib ki, sonradan qardaşının alimentə görə problemləri yaranıb: "Boşanandan sonra məhkəmə qərar çıxardı ki, ayda 100 manat aliment ödəsin. Amma hər ay ödəmədi. Alimentə görə 4 min borcu yarandı və məhkəmə ödəməsini tələb edib. Qardaşım dedi ki, Zülfiyyəni atası Hətəmlə məhkəmədən sonra mübahisə edib. Mən də fikir verməməsini söylədim". Sahib Şabanov ifadəsinin davamında vurğulayıb ki, qardaşının Hətəm Şabanovu öldürməsini anasından eşidib.
Məhkəmədə Samir Şabanovun anası Gövhər Şabanova da şahid qismində dindirilib. O, da istintaqa ifadəsini təsdiq etdiyini bildirib. Məlum olub ki, G.Şabanova da oğlu Sahib Şabanov kimi eyni məzmunlu ifadə verib. Daha sonra məhkəmədə mərhum Hətəm Şabanovun yaxınları ilə təqsirləndirilən S.Şabanovun ailəsi arasında bir neçə dəfə mübahisə yaranıb. H.Şabanovun xanımı iddia edib ki, cinayət işini S.Şabanov qardaşı ilə birlikdə törədib. Məhkəmə iclası davam etdiriləcək. Qeyd edək ki, S.Şabanov bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib.
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO










