Qaymaq və pendir qutularında heroin çıxdı - VİDEO

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.
Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, Tehran-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı İsgəndərov Arif Zərquluoğlu gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatında yoxlanılıb. Bu zaman monitorda əks olunan təsvirlər gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaradıb.
Bu səbəbdən yükün içərisindəki ərzaq mallarının arasında olan ağzı yapışqanla bağlı 3 ədəd qaymaq və 1 ədəd pendir qutularına vizual baxış keçirilib. Nəticədə, qutuların hər birində kəskin iyə malik, qəhvəyi rəngli, islanmış vəziyyətdə olan narkotik vasitəyə oxşar maddə aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, cəmi dörd qutuda aşkar olunan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və ümumi təmiz çəkisi 1 kq 20 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












