Qaynı ilə əlbir olaraq ərini öldürüb, meyitini sanitar qovşağına atan qadının məhkəməsi başlayır

Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 3-nə təyin edilib. Daxili İşlər Nazirliyinin rəsmi saytının məlumatına əsasən, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə müəyyən edilib ki, martın 25-də D.Rəfiyevlə arvadı V.Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı V.Rəfiyevlə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib, cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb. V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












