Qaynını öldürən şəxsin oğlu məhkəmədə ifadə verməkdən imtina edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə proses davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesə şahid qismində təqsirləndirilən şəxsin oğlu Rafiz Məmmədov dəvət edilib.
O, məhkəmədə ifadə verməkdən imtina etdiyini söyləyib. Hakim qeyd edib ki, məhkəmədə şahidlərin yaxın qohumların əleyhinə ifadə verməmək hüququ var. Bu səbəbdən R.Məmmədovun istintaqa verdiyi ifadəsi qəbul olunub. Həmçinin məhkəmədə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Məhkəmə prosesi yanvarın 10-da davam edəcək.
Məhkəmənin baxış iclası 2019-cu ilin yanvar ayının 10-na təyin edilib.
Qeyd edək ki, E.Məmmədov qayını Mərkəz Quliyevi qətlə yetirib.
Məlumata görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznesi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb. Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başına zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.
Xatırladaq ki, bu il mayın 13-də qətlə yetirilmiş M.Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO










