Qaz borusunu kəsib satan şəxslər saxlanılıb

Neftçalada qaz xəttini kəsərək oğurlamaqda şübhəli bilinənlər saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, mayın 29-da nazirliyin “102-Zəng Mərkəzi” Xidmətinə Neftçala rayonu ərazisində qaz xəttinin bir hissəsinin kəsilərək oğurlanması barədə müraciət daxil olub.
Məlumatla əlaqədar Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Tatarməhlə kəndi ərazisindəki qaz xəttinin 432 metrlik hissəsinin kəsilərək oğurlandığı məlum olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Neftçala rayon sakinləri olan Tərlan Nağıyevin və Talıb Panəliyevin borunu kəsərək ayrı-ayrı sexlərə satdıqları müəyyən edilib.
Kəsilmiş xəttin hissələri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












