Qaz sayğacları oğurlayan şəxs saxlanılıb – FOTO

Xəzər rayon Polis idarəsi 2-ci polis şöbəsi əməkdaşlarının vətəndaşlardan daxil olan çoxsaylı şikayət ərizələri əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindən ayrı-ayrı vaxtlarda evlərdən qaz sayğacları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Əliyev saxlanılıb. DİN-nin Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, tutulan zaman M.Əliyevdən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla M.Əliyevin sentyabr ayından oktyabrın 22-dək olan müddətdə rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurlaması müəyyən edilib. Saxlanılan şəxs ifadəsində oğurladığı sayğacları sərfiyyatın azaldılması üçün qaz sayğaclarına müdaxilə edən ayrı-ayrı şəxslərin evlərində qeyri-qanuni yolla quraşdırdığı bildirib. Bu işin müqabilində M.Əliyev həmin ev sahiblərindən müxtəlif məbləğlərdə pul alıb. Saxlanılan şəxs həmçinin ona müraciət edən şəxslərin işlək vəziyyətdə olan qaz sayğaclarına da pul müqabilində sərfiyyatın azaldılması üçün qanunsuz müdaxilələr etdiyini etiraf edib. Qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən M.Əliyevin saxlanılan zaman ondan oğurladığı sayğacların bir neçəsi də maddi sübut kimi aşkar olunaraq götürülüb. Araşdırma zamanı həmçinin saxlanılan şəxsin bir neçə il bundan əvvəl qaz xəttlərinin çəkilişi ilə məşğul olan pordatçı şirkətlərdən birində çalışdığı da məlum olub. Faktla bağlı Xəzər rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qeyd edək ki, M.Əliyevdən qanunsuz olaraq oğurluq qaz sayğacları alan, həmçinin onun vasitəsi ilə sayğaclara müdaxilə edərək dövlətə ziyan vuran vətəndaşların da şəxsiyyətlərinin müəyyən edilərək məsuluiyyətə cəlb olunmaları istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Namiq
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Yeni Ramana yolunda təhlükə: Uzun çuxurlar avtomobillərə ziyan vurur - VİDEO
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin DİQQƏTİNƏ!
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - SİYAHI - FOTO
Sürücülərə maddi ziyan vuran yol bərpa olundu – AAYDA-dan açıqlama - FOTO+VİDEO
Bakıda abidənin tikinti tarixi səhv verilib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakı gömrüyündə diqqətçəkən dəyişiklik: Çin avtomobilləri azalıb - VİDEO
İyuldan sentyabra qədər... çox isti olacaq – XƏBƏRDARLIQ
Bu yol 2 gün bağlı olacaq - Sürücülərin diqqətinə!
Yollarda vəziyyət pisləşəcək - XƏBƏRDARLIQ
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir











