"Qazaxıstan Dəmir Yolları" rəqəmsal poliqonlar yaradır

“Qazaxıstan Dəmir Yolları” (KTJ) şirkəti süni intellekt əsasında dəmir yolu üçün ən yaxşı işləmələrin sınağı, aprobasiyası və tətbiqi üçün rəqəmsal poliqonlar yaradır.
Avtosfer.az bu barədə Report”a istinadən məlumat verir.
Qeyd olunur ki, dünyanın aparıcı analitik agentliyi olan IDC-nin vitse-prezidenti Andrey Beklemişev “Digital Almaty 2025” adlı Beynəlxalq Forum çərçivəsində "AI üzrə Qlobal koalisiya: Tərəfdaşlıq və inkişaf vektoru" mövzusunda keçirilən sessiyada süni intellekt bazarındakı qlobal trendləri bölüşüb.
IDC-nin məlumatına görə, süni intellektlə bağlı qlobal xərclər ildə orta hesabla 30 %-dən çox artır, keçən il GenAI bazarında artım isə iki dəfədən çox olub. IDC 2028-ci ilə qədər süni intellekt texnologiyalarla bağlı qlobal xərclərin ümumi həcminin 620 milyard ABŞ dollarını üstələyəcəyini proqnozlaşdırır.
Andrey Beklemişev Qazaxıstanda süni intellektin uğurlu tətbiqi istiqamətində bəzi nümunələrdən danışaraq, "Qazaxıstan Dəmir Yolları"nın rəqəmsal poliqonların yaradılması təşəbbüsünü qeyd edib. "Poliqonlar İT şirkətləri, universitetlər və texnoparkların həm süni intellektin müxtəlif komponentlərini hazırlaya, həm də öz həllərini praktikada yoxlaya, onları dəmir yolu nəqliyyatının real iş şəraitinə uyğunlaşdıra biləcəyi əsas meydançalara çevriləcək", - o bildirib.
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












