Qazaxıstan və Aİ Transxəzər nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasını gücləndirəcək

Astanada Qazaxıstan nəqliyyat nazirinin müavini Jənibek Tayjanovla Avropa Komissiyasının Beynəlxalq Əməkdaşlıq Baş Direktorluğunun Davamlı Nəqliyyat və Şəhərsalma Bölməsinin rəhbəri Serxio Olete Xosa arasında görüş keçirilib.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun hazırkı vəziyyətini və əsas nailiyyətlərini müzakirə ediblər.
Tranzit daşımalarının artımının müsbət dinamikası, yüklərin çatdırılma müddətinin əhəmiyyətli dərəcədə azalması və konteyner daşımalarının daha da artırılması planları qeyd edilib.
“Xəzər regionunda liman infrastrukturunun inkişafına xüsusi diqqət yetirilib. Qazaxıstan tərəfi Aktau dəniz limanında körpülərin yenidən qurulmasının gedişi, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən yeni gəmilərin tikintisi və Xəzər dənizində bərə daşımalarının inkişafı barədə məlumat verib”, - məlumatda bildirilir.
Aİ ilə Qazaxıstan arasında nəqliyyat sahəsində əməkdaşlığın müzakirəsi çərçivəsində tərəflər dəhlizin tutumunu artırmaq və regional kommunikasiyanı yaxşılaşdırmaq məqsədi daşıyan əsas dəmir yolu layihələrinin həyata keçirilməsinin gedişatını nəzərdən keçiriblər.
Tərəflər həmçinin nəqliyyat və logistika proseslərinin rəqəmsallaşdırılması, o cümlədən elektron sənəd idarəetməsi və gömrük rəsmiləşdirilməsi platformalarının inkişafı, eləcə də beynəlxalq avtomobil daşımaları üçün icazələrin elektron mübadiləsinə keçid məsələlərini müzakirə ediblər. Qazaxıstan Aİ ölkələrini bu layihəyə qoşulmağa çağırıb.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












