Qazaxıstanda Orta Dəhliz üzrə yük dövriyyəsinin artdığı açıqlayıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yük dövriyyəsi cari ilin ilk 11 ayı ərzində 63 faiz artaraq 4,1 milyon tona çatıb.
Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bunu Qazaxıstan hökumətindən bildirilib.
Eyni zamanda, Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi 2,6 dəfə artaraq 50 500 TEU təşkil edib.
Məlumatlara əsasən, qeyd olunan dövr ərzində marşrutun buraxılış qabiliyyəti illik 6 milyon tona, o cümlədən 100 000 TEU konteyner daşımalarına qədər yüksəlib.
Qeyd edək ki, TBNM və ya Orta Dəhliz Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan üzərindən Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat marşrutudur. Bu dəhliz eyni zamanda qədim İpək Yolunun müasir dirçəlişi hesab edilən “Bir kəmər – bir yol” beynəlxalq təşəbbüsünün bir hissəsidir.
Xatırladaq ki, 2024-cü ildə TBNM Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz marşrutun infrastrukturunun inkişafı və funksional imkanlarının genişləndirilməsinə yönəlib. Yeni platforma dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün çalışacaq və Avropa ilə Asiya arasında yükdaşıma müddətini 15 günə qədər azaldacaq.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












