Qazaxıstanda yeni dizel yanacağı istehsal edilib

Noyabr ayının sonunda Qazaxıstanın Atırau Neft Emalı Zavodunda ölkədə analoqu olmayan tamamilə yeni məhsul əldə edilib. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunu “KazMunayGas” şirkətinin İdarə Heyətinin neftin nəqli, emalı və marketinqi üzrə müavini Daniyar Tiyesov V Beynəlxalq “Xəzər və Orta Asiyada Neft Emalı və Neft Kimya” Konfransında deyib. Onun sözlərinə görə, bu, yüksək filtrləşmə hərarəti mənfi 32 olan qış dizel yanacağıdır. D.Tiyesov bildirib ki, yeni dizel yanacağı tam olaraq yerli məhsuldur və bu səbəbdən də o “Khazar-32” adlandırılıb: “Bu ad zavodun işçiləri arasında keçirilən sorğu nəticəsində seçilib. Öz keyfiyyətlərinə görə dizel yanacağı K5 ekoloji sinfinə uyğun gəlir. Yəni, onun tərkibində kükürd olduqca azdır, bu isə o deməkdir ki, ekologiya üçün daha az zərərlidir”. D. Tiyesovun sözlərinə görə, “Khazar-32” dizel yanacağı Qazaxıstanın şaxtalı havasına dözəcək, bu da respublika sakinləri arasında tələbatlı olacağından xəbər verir.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












