“Qazel”dən qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirib.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, reyd zamanı Şəki-Oğuz magistral avtomobil yolunda “Qazel” markalı 09-BM-938 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2 m3 həcmində fıstıq cinsli işlik meşə materialının aparıldığı aşkarlanıb.
Araşdırma zamanı avtomobilin Şəki rayonu Aşağı Kəldək kənd sakini Elturan İsmayılzadəyə məxsus olduğu müəyyənləşib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və 300 manat məbləğində ziyan tətbiq edilib. Qanunsuz yolla əldə edilmiş meşə materialı mühafizə olunması üçün Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilib.
Meşə materialının haradan gətirilməsini müəyyən etmək üçün araşdırma aparılır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA














