Qazılan xəndəyə avtomobil düşdü– VİDEO

Gecə Bakıda qaz borularının yenilənməsi üçün qazılan xəndəyə avtomobil düşüb. Sürücü iddia edir ki, yolda qazıntının aparıldığını bildirən heç bir nişan olmayıb. ''Azəriqaz'' İstehsalat Birliyinin iş icraçısı isə bunun əksini deyir. Yağışlı havada yolu yaxşı görməyən sürücü yol kənarında qaz borularının basdırılması üçün qazılan xəndəyə düşüb. Hadisə gecə saatlarında paytaxtın Nizami rayonu Tofiq Abbasov küçəsində baş verib. Sürücü Amin Abbasov deyir ki, bir gün əvvəl aldığı avtomobili ilə gecə evinə gedərkən yol kənarında qazılan xəndəyi görməyib. Sürücü qarşıdan avtomobil gəldiyindən dar küçədə nəqliyyat vasitəsini kənara çəkib. Elə hadisə də bu zaman olub. Sürücü dərhal avtomobildən düşüb. O, mobil telefonun işığı ilə əraziyə baxdıqdan sonra müəyyən edib ki, qaz borusu üçün qazılan xəndəyə düşüb. Amin Abbasov iddia edir ki, ''Azəriqaz'' istehsalat birliyinin əməkdaşları tərəfindən qazılan yolda təmirə dair heç bir xəbərdarlıq nişanı və təhlükəsizlik lenti olmayıb. Sürücü hətta səhər saatlarında əraziyə gələrək nişanın olmaması ilə bağlı telefonla da çəkiliş edib. Ərazidə qazıntı işlərini aparan ''Azəriqaz'' istehsalat birliyinin iş icraçısı Bəhmən Babayev deyir ki, bir neçə vaxtdır qazıntı işləri aparılan yolda nişanlar və təhlükəsizlik lenti olub. Sürücü Amin Abbasov iddia edir ki, ona təxminən 700-1000 manat civarında ziyan dəyib.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












