Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR

Yay mövsümündə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC bir sıra marşrutlar üzrə əlavə qatar reysləri və yeni xidmətlər tətbiq edəcək.
Bu barədə Avtosfer.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, 13 iyun-31 avqustda Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hər şənbə və bazar günləri hərəkət edəcək. Həmçinin 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bu istiqamətdə əlavə reyslər təşkil olunacaq. Qatar Bakıdan şənbə günləri saat 08:30-da, Ağstafadan isə bazar günləri saat 17:15-də yola düşəcək. Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə iyunun 6-dan etibarən həftəsonları hər iki istiqamətdə səfərlər həyata keçirilir. Sərnişin axınının qarşılanması məqsədilə iyunun 26-ı bu marşrut üzrə əlavə reys də təyin olunub. Bundan başqa, iyulun 4-dən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da dayanacaq. Yenilik bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə şərait yaradacaq. Qatar Bakıdan Qəbələ istiqamətində saat 07:30-da, Qəbələdən isə Bakıya saat 19:00-da yola düşür. ADY həmçinin Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişiklik edib. Belə ki, iyulun 1-dən etibarən qatar Bakıdan saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək. Sərnişin tələbatının qarşılanması məqsədilə 12 və 13 iyun tarixlərində Bakıdan və Balakəndən hərəkət edəcək qatarların vaqon sayı artırılaraq 9-a çatdırılacaq.
Qeyd edək ki, 6 iyundan etibarən rayonlararası istiqamətlər üzrə səfərlər Dərnəgül stansiyasından da təşkil olunur. Bundan əlavə, Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qeyri-iş günü qrafikinə uyğun fəaliyyət göstərəcək.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












