Qəndin əsas zərəri açıqlanıb

Qlükoza və fruktozadan ibarət olan saxaroza bağırsaq mikroflorasının inkişafı üçün vacib olan zülalın formalaşmasına əngəl yaradır. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, belə bir nəticəyə ABŞ-ın Yel Universitetinin alimləri gəlib. Məlum olduğu kimi, bağırsağın mikroflorası insanın sağlamlığında vacib rol oynayır, onun quruluşu qida rasionundan asılı olaraq dəyişir. Buna qədər karbohidratların nazik bağırsağa qədər sovrulduğu, şəkərin isə heç vaxt yoğun bağırsağa qədər gedib çıxmadığı hesab olunurdu. Lakin bu yaxınlarda şəkərin mikrofloraya təsir etdiyi, onun quruluşunu dəyişə bildiyi qeyd olunur. Alimlər yüksək qlükoza və fruktozadan ibarət pəhrizin siçan orqanizmində faydalı Bacteroides thetaitaomicron bakteriyasına təsirlərini araşdırıb. Məlum olub ki, qlükoza və fruktozadan ibarət olan saxaroza xeyirli bakteriyaların kolonizasiyası üçün vacib olan “Roc” (regulator of colonization/ kolonizasiya tənzimləyicisi) zülalının formalaşmasına əngəl yaradır. Mütəxəssislər zülal aktivliyi dəyişməyən bakteriyaların ştammını yaradıb.Bu mikroorqanizmlər adətən yüksək karbohidratlı pəhriz zamanı daha fəal şəkildə çoxalıb.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










