Qətər bütün dünyanı ŞOKA SALDI

Qətər Mərkəzi Bankının 2018-ci il büdcəsi ilə bağlı verdiyi hesabat bütün dünyada şok effekti yaradıb. Avtosfer.az xəbər verir ki, Mərkəzi Bankın sədri Şeyx Abdulla ibn Süud Əl Sani 2017-ci ildə büdcə kəsrinin 13 milyard olduğunu, 2018-ci ildə isə büdcədə 2,6 milyard dollar əlavə vəsait qaldığını açıqlayıb. Paytaxt Dohada təşkil edilən "Euromoney Katar 2018" konfransında çıxış edən bankın sədri Körfəz ölkələrinin Qətəri iqtisadi və diplomatik blokadaya almasına rəğmən, ölkənin valyuta ehtiyatı baxımından sərhədləri aşdığını və daha yaxşı vəziyyətə gəlib çatdığını deyib. Belə ki, Qətər Mərkəzi Bankında rezervasiyalar 46,5 milyard dollara çatıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 2017-ci ilin 5 iyununda ortaq qərardan sonra Qətər ilə diplomatik münasibətləri kəsmişdi. Daha sonra diplomatik və siyasi sanksiyalar tətbiq etmişdi. 4 ölkə münasibətləri düzəltmək üçün Qətərə 13 maddəlik tələb siyahısı göndərmişdi. Lakin Qətər bunu qəbul etməmişdi. Doha həmin zamanlar yalnız Türkiyədən hava yolları vasitəsilə ərzaq və humanitar yardımlar ala bilirdi. (publika.az)
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












