Qətər əmiri prezidentə təyyarə bağışladı: 400 milyon dollar dəyərində - FOTO

Qətər Əmirliyinə məxsus VIP təchizatlı Boeing 747-8 tipi xüsusi təyyarə dünən İstanbulun Sabiha Gökçen Hava Limanına enərək prezident təyyarələri filosuna qatılıb. Avtosfer.az avropa.info-ya istinadən xəbər verir ki, təyyarənin Qətər əmiri Şeyx Təmim bin Hamed əl Sani tərəfindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edildiyi bildirilir. Xüsusi reaktiv standartlarla istehsal edilən Boeing təyyarəsi 2012-ci ildə zavodda nümayiş etdirilən zaman dünya mediası “Bu təyyarə kimindir” sualına cavab axtarılırdı. Təyyarə istehsaldan sonra, San Antonioya göndərildi. Burada “Very VIP” olaraq adlandırılan standartlarda xüsusi reaktiv halına gətirildi. Təyyarə 2015-ci ildə Qətər Əmirliyinə təhvil verilib. 400 sərnişin tutumlu təyyarə xüsusi avadanlığı ilə 76 sərnişin daşıyır. Həmçinin 18 nəfərlik uçuş dəstəsi də bu təyyarədə xidmət edir. İclas salonları, yataq otağı, özəl xəstəxanası olan təyyarənin üç illik xidmət ərzində 436 saat uçduğu, cəmi 200 eniş etdiyi bildirilir. 400 milyon dollar qiyməti Türkiyə prezidenti Ərdoğana hədiyyə edilib.



Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












