Qeyri-etik görüntüləri yayılan aparıcı işdən çıxarıldı - VİDEO

ARB Kəpəz telekanalının aparıcısı Tacirə Zeynallının sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri ilə bağlı kanal rəhbərliyi ciddi tədbir görüb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq televiziyadan bildirilib. Qeyd olunub ki, həmin görüntülər efir vaxtı deyil, fasilə zamanı çəkilib. "Daha sonra isə materialın üzərinə Türkiyə telekanalının loqosu montaj edilib yapışdırılmaqla internet-auditoriyaya məhz bu cür də təqdim olunub. Məsələ ilə bağlı hazırda daxili araşdırma aparılır. Bu məsələnin digər bir tərəfi də var. Belə hallarla tez-tez rastlaşmaq olur. Adətən bu cür hallara görə aparıcılar cəzalandırılmır. Lakin biz hesab edirik ki, aparıcı təkcə efirdə deyil, efirdən kənarda da etik normaları qorumalıdır. Buna görə də ARB Kəpəz telekanalının rəhbərliyi həmin aparıcını işdən azad etməyə qərar verib. Bu, həm bizim telekanalımızın, həm ümummiyyətlə televiziya sahəsində çalışan hər bir kəs üçün örnək olmalıdır" - deyə, məlumatda bildirilib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












