Qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb - PROQNOZ

Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, bu gün gün ərzində ölkə ərazisində şimal-qərb küləyi əsəcək.
Onun sözlərinə görə, hazırda əsən küləyin martın 31-i gündüz saatlarından başlayaraq tədricən mülayimləşməsi gözlənilir: "Sabah ölkə ərzisində mülayim şimal-şərq küləyinin əsəcəyi gözlənilir".
Mütəxəssis bildirib ki, martın 30-31-də havanın temperaturu 5-10 dərəcə aşağı enəcək: "Bu gün və sabah hava şəraitinin paytaxt Bakıda dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sabah gündüz saatlarından başlayaraq havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq".
G.Məmmədova qeyd edib ki, aprelin 1-dən etibarən hava şəraiti sabitləşəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












