Qəza törədən “Baku Bus” avtobusunun sürücüsü təkcə cəzalandırılmır, həm də... - BNA aydınlıq gətirdi

Bu gün səhər saatlarında metronun Koroğlu stansiyasının yaxınlığında “Baku Bus” MMC-yə məxsus iki marşrut avtobusu toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Bir neçə gün öncə “Bakı Bus”un 3 avtobusu bir-birinə çırpılıb. Nəticədə hər üç avtobusa ciddi ziyan dəyib. Sosial mediada yayılan məlumatlara görə, “Baku Bus” avtobuslarına dəyən zərər hadisə zamanı sükan arxasında əyləşən sürücülər tərəfindən ödənilir. Bu zərərin ödənişi sürücülərin aylıq əməkhaqqından tutulmaqla həyata keçirildiyi iddia olunur. Eyni zamanda, bildirilir ki, sözügedən avtobusların ehtiyyat hissələrinin qiyməti baha olduğundan dəymiş zərər də sürücülərə baha başa gəlir. Həmçinin, nəqliyyat vasitəsinin güzgüsünün qırılmasının 2400 manata başa gəldiyi deyilir. Bu da, sürücünün bir neçə aylıq əməkhaqqısı deməkdir. Avtosfer.az xəbər verir ki, məsələ ilə əlaqədar a24.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, qəza nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərin sürücü tərəfindən ödənilməsi absurd fikirdir: “Bu yayılan məlumatlar tam əsassız informasiyalardır. Çünki “BakuBus”un avtobusları sığorta şirkəti tərəfindən sığortalanıb. Bütün bu məsələlər də sığorta müqaviləsi əsasında tənzimlənən məsələlərdir”. Qəza törədən avtobus sürücülərinə maaşlarından tutmaqla cərimə tətbiq olunurmu?
M.Ağayev qəza törədən sürücülərin cəzalandırılmasından danışıb. O bildirib ki, əgər qəza hadisəsi avtobusun sürücüsünün təqsiri üzündən baş veribsə, həmin sürücü cəzalandırılır: “İlk növbədə, qəza baş verəndə onun səbəbləri araşdırılır. Qəza baş verirsə, ilk öncə araşdırılır ki, bu hadisə həqiqətənmi sürücünün səhvi ucbatından baş verib? Onun qaydalara əməl edib-etməməsi araşdırılır. Ola bilsin ki, hadisə kənar amillər səbəbindən baş verib. Amma hadisə sürücünün günahı üzündən baş verirsə, müəyyən tədbirlər görülür və sürücü cəzalandırılır. Eyni zamanda, təkcə cəza ilə kifayətlənmirik. Həm də maarifləndirici tədbirlər həyata keçiririk. Sürücüyə qarşı tətbiq edilən cəza ilə yanaşı, maarifləndirmə işləri də aparılır ki, növbəti dəfə bu cür hallar baş verməsin”. Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyevin imzaladığı fərmanla Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “BakuBus” MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.
Yeni Ramana yolunda təhlükə: Uzun çuxurlar avtomobillərə ziyan vurur - VİDEO
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin DİQQƏTİNƏ!
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - SIYAHI - FOTO
Sürücülərə maddi ziyan vuran yol bərpa olundu – AAYDA-dan açıqlama - FOTO+VİDEO
Bakıda abidənin tikinti tarixi səhv verilib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakı gömrüyündə diqqətçəkən dəyişiklik: Çin avtomobilləri azalıb - VİDEO
İyuldan sentyabra qədər... çox isti olacaq – XƏBƏRDARLIQ
Bu yol 2 gün bağlı olacaq - Sürücülərin diqqətinə!
Yollarda vəziyyət pisləşəcək - XƏBƏRDARLIQ
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO










