Qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanıldı

Bakıda qəza törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Oktyabrın 29-da Bakı şəhər sakini Əli Abdullayevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirib. Araşdırmalarla Şağan qəsəbə sakini olan Ə.Abdullayevin xəsarətləri həmin gün saat 19 radələrində Buzovna qəsəbəsi ərazisində yolu keçərkən avtomobillə vurulması nəticəsində aldığı məlum olub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hadisənin “Mercedes” markalı avtomlobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Buzovna qəsəbə sakini Mahir Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Fərid
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












