Qəzada ölən tələbənin atası: “Oğlumun ölümündə günahkar özüməm” - VİDEO

“Bu qədər” proqramında bu dəfə 2017–ci il 9 mart tarixində Bakı-Sumqayıt yolunda baş vermiş yol qəzasında faciəvi şəkildə ölən 6 tələbədən biri olan İbrahim Nəsibovdan bəhs edilib.
Xatirə İbrahimova – İbrahim Nəsibovun anası: “1996-cı il mayın 28-i anadan olub. Həmin gün qətl sınan günü idi. Quran açdılar ki, belə bir gündə doğulub, adı elə İbrahim olsun. Maşın istəyirdi. Deyirdi ki, vəsiqəm var maşın almırsınız. Yollarda qalmışam. Mən də deyirdim ki, qorxuram, təcrübən yoxdur. İndi fikirləşirəm ki, kaş ki, ona maşın alardıq. Bir də ona heyifislənirəm ki, kaş onu dərsə durğuzub yola salmazdım. Dedi ki, 5 dəqiqə yatım. Dedim ki, 5 dəqiqə də çoxdur, gecikə bilərsən. Bir də ona pis oluram ki, qız istəmişdi, nişanlasaydım o avtobusa minməzdi. Taksi ilə gedərdilər birlikdə. Mart ayı idi. Bibisiqızının toyundan 10 gün əvvəl “avar” rəqsini qoyub dedi ki, bunu öyrənib toyda sürpriz edəcəm. 8 mart günü qapı döyüldü. İçəri girib dedi ki, anam hanı? Dedim ki, nə yaxşı gəlmisən? Demişdin gəlməyəcəm. 2 gül gətirib bayramımı təbrik etdi. Qəza günü dedim ki, tez ol İbo, dərsə gecikmisən. Dedim 5 dəqiqə sənə elə belə gəlir. Qəza zamanı nömrəsinə zəng etdim zəng çatmadı. Mesaj yazdım ki, çatmısan? Pozdum sonra. Yenidən yazdım ki, “raf”a çatmısan? Dedim yəqin ki, metrodadır. Demişdim ki, taksi ilə get. Xəbəri eşidəndə xeyli pilləkəndən düşdüm. Sonra gördüm ki, üşüyürəm. Fikir verdim ki, ora qədər paltarsız getmişəm. Dedim həkimlərə deyin ki, anası gəlir, saxlasınlar. Göz lazımdır, gözümü, ürək lazımdır ürəyimi verirəm. Balamı saxlasınlar. Dedim ki, o mənə son sözünü deməmiş gedə bilməz. Sən demə heç İbrahim yox imiş onda”.
Xəqani Nəsibov – İbrahimin atası: “İbrahim haqqında danışmaq çox çətindir. Maşını verməyə qorxurdum. İbrahimin ölümündə günahkar 90 % özüməm. Kaş maşını ona verərdim. Qəza günü İbrahim gecikmişdi. Anası qəfil durub oyadıb. Metroda gedirmiş, uşaqlara deyib ki, Namiqə deyin ki, məni gözləsin. Avtobusa qaçıb çatıb. İbrahim tanış bir uşağa deyib ki, sən düş, mən gedim. İbrahim onu ölümdən xilas edib demək olar ki. Qaynım zəng etdi ki, hardasan, narahat olma, İbrahimi aparan avtobus qəzaya düşüb. 100% bildim ki, nəsə olub. Qəzada yaxın dostu var idi. Onun da adı İbrahim idi. Onu çox istəyirdi. İkisi də bir yerdə rəhmətə getdi”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












