Qəzaya düşən təyyarənin pilotu itkin düşüb - İran açıqladı

İranın məhkəmə-tibbi ekspertizası təyyarə qəzasında həlak olan sərnişinlər üzərində apardığı DNK analizlərinin nəticəsində cəsədlərin sadəcə 10 şəxsə aid olduğunu açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, qurumun rəsmi saytı açıqlamasında bəyan edib ki, testin nəticəsində onlara təslim edilən 11 cəsəddən birinin əslində digər şəxslərə aid parçalar olduğu müəyyən edilib. Beləliklə də, 11 nəfərdən biri hələ də itkin hesab edilir. Həmin şəxs isə cəsədi təsbit edilmədiyi üçün adı qurumun elan etdiyi siyahıda olmayan pilot Beril Gebeşdir. Digərlərinin cənazəsi isə artıq Türkiyədədir. Xatırladaq ki, BƏƏ-dən İstanbula gedən “Başaran Holding”ə aid şəxsi təyyarə İranda qəzaya düşüb. Üçü ekipaj üzvü olmaqla 11 qadın həlak olub. Göyərtəsində “subaylığa vəda” partisindən qayıdan iş adamı Hüseyin Başaranın qızı Mina Başaran və rəfiqələri olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












