Qəzaya uğrayan “Boeing”in sürət göstəricisi nasaz olub

İndoneziyanın “Lion Air” aviakompaniyasının qəzaya uğrayan “Boeing 737” təyyarəsinin sürət göstəricisində nasazlıq aşkarlanıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, təyyarənin həm qəza ilə nəticələnən, həm də əvvəlki uçuşları zamanı sürət göstəricisi düzgün işləməyib. İndoneziyanın nəqliyyatda təhlükəsizlik komitəsinin məlumatına əsasən, sürət göstəricisinin nasazlığı “qara qutu”nun oxunması zamanı müəyyənləşib. Komitə rəhbərinin sözlərinə görə, beləliklə, pilotlarda sürət və yüksəklik barədə məlumatlar yanlış olub. Bununla yanaşı, qəzanın səbəbləri barədə rəsmi nəticə hələlik elan edilməyib. Xatırladaq ki, oktyabrın 29-da Cakartadan Sumatra adasına uçan “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsi havaya qalxdıqdan bir qədər sonra Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












