Qəzayə görə İndoneziya 10 ədəd 737 laynerinin alınması barədə danışıqları dayandırıb

İndoneziyanın “Lion Air” aviakompaniyası bu gün baş vermiş qəzadan sonra “Boeing 737 Max” təyyarələrinin alınması barədə danışıqları dayandırıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, danışıqlar ən azı aviasiya qəzasının səbəblərini araşdıran təhqiqatçıların yekun məruzəsinə qədər dondurulub. “Cəmi iki ay öncə istehsal olunmasına baxmayaraq, qəzaya uğrayan təyyarədə bundan əvvəlki uçuş zamanı nasazlıq aşkarlanmışdı. Biz Max proqramından 10 ədəd 737 laynerinin satın alınması üzrə “Boeing” kompaniyası ilə danışıqları dayandırırıq”, - deyə aviadaşıyıcının bəyanatında bildirilir. Xatırladaq ki, Cakartadan Sumatra adasına uçan “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsi bu gün yerli vaxtla 6:33-də Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişinin və 8 ekipaj üzvünün hamısı həlak olub.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












